Ramil Şeydayevin klubu xorvata “elçi düşdü”

Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Dinamo” klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisi Zaqreb “Dinamo”sundan Mislav Orşiçi transfer etmək istəyir. Bu barədə “Sportske Novosti” nəşri məlumat yayıb. Xəbərdə, 27 yaşlı hücumçuyla “Dinamo”yla yanaşı, aralarında “Lion”, “Valensiya” və iki Premyer Liqa klubunun da olduğu bir neçə Çempionşip təmsilçilərinin də maraqlandığı bildirilir.

Zaqreb təmsilçisi Avropa klublarından başqa, Orşiç üçün artıq iki – Çin və ABŞ klubundan rəsmi təklif alıb. Lakin hücumçu karyerasını Avropada davam etdirmək istədiyi üçün bu təklifləri rədd edib.

Orşiç bu mövsüm 26 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

Rusiya mətbuatında “Dinamo”nun Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollarını ayıracağı iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button