
Ramil Şeydayev yeni klubu ilə ilk məşqə çıxdı
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yeni komandası olan Türkiyənin “Kocaelispor” klubuna qoşulub.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçu 1-ci liqa təmsilçisinin bugünkü məşqinə qatılıb.
O, çempionatın növbəti turunda “Eyüpspor”la keçiriləcək görüşə Körfəz Brunqa bazasında hazırlaşan kollektivlə ilk məşqə çıxıb.
Tailandın “Buriram Yunayted” klubundan transfer olunan forvardın müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
19-cu turun “Kocaelispor” – “Eyüpspor” oyunu yanvarın 20-də keçiriləcək. Kocaeli təmsilçisi hazırda 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin