Ramil Şeydayev sabah Türkiyədə olacaq
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yanvarın 17-də Türkiyənin “Kocaelispor” klubuna qoşulacaq.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, son klubu Tailand təmsilçisi “Buriram Yunayted” olan 28 yaşlı hücumçu səhər saatlarında Kocaelidə olacaq.
O, tibbi müayinədən keçdikdən sonra 1-ci liqa təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq və kollektivlə ilk məşqinə çıxacaq. Şeydayevin sözləşmə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Ramil Şeydayev “Buriram Yunayted”in heyətində bütün turnirlərdə 16 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin