Ramil Şeydayev oynadı, komandası uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Axmat”la üz-üzə gəlib. Ramilin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.
Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda “Krılya Sovetov” 28 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin