Ramil Şeydayev Avropanın bombardirləri sırasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə Avropa üzrə bombardirlərin siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıda “Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də yer alıb.

Azərbaycanlı futbolçu il ərzində vurduğu 25 qolla 21-ci pillədə qərarlaşıb. Onunla birlikdə daha 9 oyunçunun aktivində 25 top var. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Cədvələ Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 dəfə fərqlənib. Mbappe ən yaxın izləyicisi olan norveçli Erlinq Halandı 10 qol qabaqlayıb.

FutbolçuKlubuÖlkəsiQollarCəmi
MLÖKBKTMK
1Kilian MbappePSJFransa32391256
2Erlinq Haland“Mançester Siti” (İngiltərə)Norveç3025946
3Robert Levandovski“Barselona” (İspaniya)Polşa299442
4Boris Kopitoviç“Tampines” (Sinqapur)Monteneqro355141
5Kristofer Nkunku“Leypziq” (Almaniya)Fransa255737
6Harri Keyn“Tottenhem”İngiltərə2631535
7Amal Pelleqrino“Bude/Qlimt”Norveç251834
8Kərim Benzema“Real” (İspaniya)Fransa19211133
9Qarban Kuqlan“Kaşmere” (Yeni Zelandiya)İrlandiya3333
10Vissam Ben Yedder“Monako”Fransa2234130
11Kodi QakpoPSVNiderland1536529
12Nemanya Bilbiya“Jrinski”Bosniya və H.26228
13Marko Livaja“Hayduk”, SplitXorvatiya26228
14Sölvi Vatnamar“Vikinqur”Farer adaları205227
15Poll KlettskardFarer adaları185326
16Olivye Jiru“Milan” (İtaliya)Fransa1234726
17Hani Muxtar“Naşvill” (ABŞ)Almaniya23326
18Nikola Krstoviç“Dunayska” (Slovakiya)Monteneqro183526
19Qonçalo Ramos“Benfika”Portuqaliya1516426
20Aleksandar Katay“Srvena Zvezda”Serbiya213226
21Ramil Şeydayev“Qarabağ”Azərbaycan1841225
22Mislav Orşiç“Dinamo”, ZaqrebXorvatiya177125
23Andre-Pyerr Jinyak“Tiqres” (Meksika)Fransa2525
24Dominik Stolz“Hesperance” (Lüksemburq)Almaniya24125
25Georgios Cakumakis“Seltik” (Şotlandiya)Yunanıstan1851125
26Martin Adam“Ulsan” (Cənubi Koreya)Macarıstan2525
27Daniel Qazdaq“Filadelfiya” (ABŞ)Macarıstan24125
28Omer Atzili“Makkabi”, Hayfaİsrail194225
29Fernando Forestieri“Coxor” (Malayziya)İtaliya1311125
30Raymonds Krollis“Valmiera”Latviya24125

Qeyd: ML (milli liqa), ÖK (ölkə kuboku), BKT (beynəlxalq klub turniləri), MK (milli komanda)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button