
Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb
Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin “Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra dava-dalaşda iştirak etməsi olub.
Rəqib futbolçu ilə əlbəyaxa olan Şeydayev Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib. Həmçinin, onun iki komanda yoldaşı 6 matçlıq cəza alıb.
“Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin