Ramil Şeydayev – 1,2 milyon avro!

“Transfermarkt.ru” saytı Rusiya Premyer Liqasında çıxış edən futbolçuların transfer dəyərini açıqlayıb.

Komanda.az xəbər verir ki, yerli çempionatın ən bahalı futbolçusu ÇSKA-nın müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rusiyalı futbolçunun qiyməti 30 milyon avrodur.

İkinci ən dəyərli futbolçu da ÇSKA-dandır. Moskva təmsilçisinin yarımmüdafiəçisi Nikola Vlasiçin transfer dəyəri 20 milyon avrodur.

“Krılya Sovetov”da forma geyinən Ramil Şeydayevin transfer qiyməti isə 1,2 milyon avrodur. Samara təmsilçisinin ən bahalı futbolçusu 2,5 milyonla Maksim Kanunnikovdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button