“Ramil sabah aramızda olacaq” 

Türkiyənin “Kocaelispor” klubunun prezidenti Engin Koyun Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev haqda açıqlama verib.

Komanda.az “Radyospor”-a istinadən xəbər verir ki, 1-ci liqada çıxış edən klubun rəhbəri Azərbaycan millisinin futbolçusunun Tailand təmsilçisi “Buriram Yunayted”lə bu gün vidalaşacağını açıqlayıb:

“Ramil Şeydayevlə anlaşdıq. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək. Sabah aramızda olacaq. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.

“Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button