Ramil Quliyev Türkiyədə ilin idmançısı seçildi
Türkiyədə 2018-ci ilin ən yaxşıları müəyyənləşib.
Komanda.az xəbər verir ki, müxtəlif nominasiyalar üzrə qaliblərin açıqlandığı və mükafatlandırıldığı möhtəşəm mərasimdə azərbaycanlı atlet Ramil Quliyev də yer alıb.
Milliləşdirilmiş atletimiz Türkiyədə ilin idmançısı seçilib. Ona mükafatı gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu təqdim edib.
İtaliyanın “Roma” klubunda legioner həyatı yaşayan Türkiyə yığmasının yarımmüdafiəçisi Cengiz Ünder ilin futbolçusu seçilib.
Qadınlardan ibarət “Vakıfbank” voleybol klubu ilin komandası olub.
“Fənərbaxça”nın basketbol komandasıni çalışdıran Zeliko Obradoviç ilin məşqçisi seçilib.
“Beşiktaş”ın futbolçusu Rikardo Kuaresma və “Başakşəhər”in qapıçısı Mert Günok da özəl mükafata layiq görülüb.
Bizi Facebook-da izləyin