Ramil oynamadı, komandası qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan Rusiyanın “Krılya Sovetov” klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Qazaxıstanın “Şaxtyor” (Karaqanda) komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyunda böyük hesabla qalib gəlib – 3:0.

Ramil bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Lakin “Krılya Sovetov” bu gün axşam saatlarında Qazaxıstanın digər klubu “Astana” ilə də üz-üzə gələcək. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı bu komanda ilə oyunda Şeydayevin də forma geyinməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button