Alınmadı, Şeydayev…

Azərbaycan millisinin və “Dinamo”nun (Moskva) futbolçusu Ramil Şeydayev klubunu tərk edə bilər.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu, qış fasiləsində Moskva klubu ilə yollarını ayıracaq. Buna səbəb, futbolçunun “Dinamo”da kifayət qədər oynamaq şansı qazanmamasıdır.

Ramil Şeydayev cari mövsümdə “Dinamo”nun heyətində keçirdiyi 8 oyunda qol hesabını aça bilməyib.

Yay transfer pəncərəsi dövründə Rusiya təmsilçisinə transfer olunan futbolçunun klubla müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button