Ramal Hüseynov futboldan uzaqlaşdırıldı
Azərbaycan millisinin sabiq futbolçusu Ramal Hüseynov ağır cəzaya məruz qalıb.
Komanda.az xəbər verir ki, AFFA İntizam Komitəsi onun son hərəkətinə hüquqi qiymət verib. Buna 38 yaşlı mütəxəssisin stadiona giriş qadağası olmasına baxmayaraq, “Qarabağ”la oyunda meydana daxil olması və hakimlər briqadasını təhqir etməsi səbəb olub. O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.
Komitə “Səbail”in Gənclər Liqasında çıxış edən komandasının məşqçisini 2 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin