“Ranqniklə fəal danışıqlar aparırıq” – “Bayern”in prezidenti

“Bayern”in prezidenti Herbert Hayner klubun Ralf Ranqniklə danışıqlar apardığını təsdiqləyib.

Komanda.az xarici KIV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbəri həmyerlisi olan Avstriya millisinin çalışdırıcısı ilə fəal danışıqlar aprdıqlarını bildirib:

“Hazırda Ralfla fəal danışıqlar aparırıq, lakin bir neçə gün daha gözləməliyik. O, əla mütəxəssisdir. Hər şey yoluna düşsə, bu, çox yaxşı seçim olacaq”.

“Bayern”in fəxri prezidenti Uli Hoenes 65 yaşlı Ralf Ranqnikin komandaya yeni baş məşqçi təyin olunmasının tərəfdarıdır.

“Bayern” fevralda hazırkı baş məşqçi Tomas Tuxelin mövsümün sonunda istefa verəcəyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button