“Rakuv” – “Qarabağ” matçının hakimləri bəlli oldu
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Polşa “Rakuv”u ilə oyunlarının yeri və vaxtı, eləcə də hakim təyinatları bəlli olub.
Komanda.az xəbər verir ki, iyulun 26-da Polşada, Çenstoxova şəhərindəki eyniadlı stadionda baş tutacaq matça Bakı vaxtı ilə saat 22:15-də start veriləcək qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcəklər. FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Erni və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.
Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin