Rakitiçin yeni klubu məlum oldu
“Barselona”nın keçmiş yarımmüdafiəçisi İvan Rakitiçin “Hayduk” klubuna keçidi rəsmiləşib.
Komanda.az Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Xorvatiyalı futbolçu bu gün rəsmən təqdim olunacaq.
Rakitiçin son klubu Səudiyyə Ərəbistanı “Əl-Şabab”ı olub. O, ötən mövsüm bütün yarışlarda 35 matçda iştirak edib, 3 qol vurub və 4 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin