
Rakitiçin yeni klubu açıqlandı
“Sevilya”dan ayrılan İvan Rakitiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Komanda.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “Əl-Şabab”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Rakitiç 2020-ci ilin yayından “Sevilya”da çıxış edirdi. O, daha əvvəl “Barselona”, “Şalke” və “Bazel”də də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin