
Rakitiç “Zirə”nin rəqibində vəzifə sahibi oldu
Bu yaxınlarda futbolçu karyerasını başa vuran İvan Rakitiçin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, Xorvatiya millisinin və “Barselona”nın sabiq üzvü Konfrans Liqasında “Zirə”nin rəqibi olan “Hayduk”un texniki direktoru təyin olunub. Bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
Rakitiç klubun idman direktoru Qoran Vuçeviçin köməkçilərindən biri olacaq. O, əsas komandanın futbolçuları və texniki heyətinə cavabdeh olacaq.
Rakitiçin son klubu “Hayduk” olub. O, ötən mövsüm bu komandada çıxış edib.
“Zirə” – “Hayduk” qarşılaşması iyulun 23-də Bakıda, cavab oyunu isə iyulun 31-də Xorvatiyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin