Rakitiç vətəninə qayıda bilər
Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç karyerasını vətənində davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun xidmətində Xorvatiyanın “Hayduk” (Split) klubunun yeni baş məşqçisi Cennaro Qattuzo maraqlıdır.
36 yaşlı Rakitiç bu qışı Səudiyyə Ərəbistanı çempionatında keçirib. O, “Əl-Şabab”la 2025-ci ilin iyun ayının sonuna qədər davam edəcək müqavilə imzalayıb. Xorvatiyalı futbolçunun transfer dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.
Rakitiç Avropada “Bazel”, “Şalke”, “Sevilya” və “Barselona”dakı çıxışı ilə tanınır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin