Rakitiç Səudiyyə Ərəbistanını tərk edir
“Əş-Şəbab”ın yarımmüdafiəçisi İvan Rakitiç Səudiyyə Ərəbistanı klubunu tərk etmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu qərarı barədə klub rəhbərliyini xəbərdar edib. O, karyerasını Avropada davam etdirmək istəyir.
Rakitiç 2024-cü ilin əvvəlində “Sevilya”dan “Əl-Şabab”a keçib. 36 yaşlı yarımmüdafiəçi ötən mövsüm 35 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin