Rahilin komandasından son oyunda qələbə
Polşa çempionatında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Stal”la qarşılaşıb və 3:2 hesabıyla qalib gəlib.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb. O, son oyunda sarı vərəqə də alıb.
LKS mövsümü 24 xalla sonuncu pillədə başa vurub və elitanı tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin