
Rahilin komandasından 7-ci məğlubiyyət
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi “Radomyak” Polşa çempionatında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Radom təmsilçisi 11-ci turda “Rakuv”u qəbul edib və 0:2 hesabıyla uduzub.
Məmmədov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Rahil sonadək oynayb.
“Radomyak” hazırda turnir cədvəlində 9 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin