Rahilin komandası “Legiya”ya böyük hesabla uduzdu
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi “Radomyak” Polşa çempionatında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Radom təmsilçisi 5-ci turda “Legiya”nın qonağı olub.
Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
“Radomyak” hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 15-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin