Rahil oynadı, komandası uduzdu
Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” səfərdə “Vidzev”in qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Məmmədov da bu görüşün iştirakçısı olub. 29 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. Rahil 41-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
5 oyun keçirən “Radomyak” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin