Rahil Məmmədovun Polşa klubuna qoşulacağı vaxt bilinib
“Qarabağ”ın futbolçusu Rahil Məmmədov yeni transfer olunduğu Polşanın LKS klubuna yanvarın 20-də qoşulacaq.
Komanda.az xəbər verir ki, bu barədə “gol24.pl” saytı məlumat yayıb.
28 yaşlı müdafiəçi həmin gün Türkiyəyə yollanacaq. O, Side bölgəsində təlim-məşq toplanışı keçəcək yüksək liqa təmsilçisinin heyətində mövsümün ikinci yarısına hazırlaşacaq. Lodz komandası orada 4 yoxlama matçında qüvvəsini sınayacaq.
LKS Polşa Ekstraklasasının birinci dövrəsindən sonra 10 xalla axırıncı pillədə qərarlaşıb. Pyotr Stokovieçin baş məşqçisi olduğu komanda 2024-cü ildə ilk oyununu fevralın 12-də keçirəcək. LKS həmin gün 20-ci tur çərçivəsində “Korona”nın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin