Rahil Məmmədovun yeni klubu bəlli oldu

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu Polşanın yüksək liqa təmsilçisi “Radomyak”a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rahillə 2 illik müqavilə imzalanıb.

Məmmədov bundan əvvəl də Polşada çıxış edirdi. Bu ilin yanvarında LKS-ə keçən müdafiəçi komandanın aşağı liqaya düşməsindən sonra klubdan ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button