Rahil Məmmədovun komandasından heç-heçə
Polşa çempionatında 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Rakuv”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
LKS hazırda 17 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin