Rahil Məmmədovun komandasında yeni baş məşqçi
Azərbaycan millisinin üzvü Rahil Məmmədovun da formasını geyindiyi LKS baş məşqçisini dəyişdirib.
Komanda.az xəbər verir ki, Lodz təmsilçisini bundan sonra klubun 2-ci komandasına baş məşqçilik edən Marçin Matisyak çalışdıracaq.
O, istefaya göndərilən Pyotr Stokovetsi əvəzləyib. Lodz təmsilçisi bu mütəxəssisə təşəkkür edib və ona uğurlar arzulayıb.
Stokovets ötən ilin oktyabrından bu komandanın baş məşqçisi idi.
Xatırladaq ki, LKS hazırda Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncu – 18-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin