
Rahil Məmmədov millinin heyətindən çıxarıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın futbolçusu Rahil Məmmədov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə keçiriləcək oyundan öncəki son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Ukrayna – Azərbaycan matçı bu gün, saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


