
Rahil Məmmədov “Araz-Naxçıvan”da – Rəsmi
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, klub mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.
Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



