Rahid Əmirquliyev daha 1 il “Səbail”də!
Futbol üzrə Azərbaycan Premyer Liqasını üçüncü pillədə başa vuran “Səbail” artıq yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb.
Komanda.az xəbər verir ki, paytaxt klubu komandanın əsas liderlərindən olan Rahid Əmirquliyevi heyətdə saxlamağa qərar verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda yarımmüdafiəçi ilə müqavilənin müddətinin 1 il uzadıldığı bildirilib.
Xatırladaq ki, “Səbail” daha öncə Tamazi Tsetsxladze və Ruslan Qurbanovla yollarını ayırdığını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin