Rahid Əmirquliyevə xatirə hədiyyəsi təqdim edildi

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olan Rahid Əmirquliyev karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, futbolçu kimi son komandası “Səbail” olan Rahid bundan sonra klubun Futbol Akademiyasında məşqçi olaraq çalışacaq.

Premyer Liqanın 1-ci turu çərçivəsində keçirilən “Səbail” – “Sumqayıt” oyunundan bir qədər öncə paytaxt klubunun icraçı direktoru Firuz Abdulla sabiq kapitana xatirə hədiyyəsi təqdim edib.

Rahid Əmirquliyev karyerası ərzində Azərbaycan çempionatları tarixində 451, 2018-ci ildən etibarən “Səbail”də isə 120 qarşılaşmada meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button