Rafiq Hüseynov tarixə düşdü
Azərbaycanlı güləşçi Rafiq Hüseynov rekorda imza atıb.
Komanda.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan Hüseynov bu rekordu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında rəsmiləşdirib və klassik güləşdə 3 qat Avropa çempionu olan ilk azərbaycanlı idmançı kimi tarixə düşüb.
Rafiq Dortmund (2011), Roma (2020) və Budapeştdə (2022) qızıl medala yiyələnib.
Güləşçinin hesabında qitə birinciliyinin bürünc medalı da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin