Rafiq Hüseynov Avropa çempionatının finalında

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Komanda.az xəbər verir ki, yarışın 6-cı günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib – 8:0. Məmmədov 1/4 finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb – 6:1. Murad yarımfinalda türkiyəli Kerem Kamala uduzub – 0:8. Həmyerlimiz bürünc medal uğrunda güləşəcək. Rəqib Razvan Arnaut (Rumıniya) – Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda almaniyalı Vitalis Lazovskidən güclü olub – 9:1. Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernatek 5:2 hesabıyla məğlub edərək adını yarımfinala yazdırıb. Həsrət finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub – 0:2. Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.

Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb – 5:1. Qənizadə 1/4 finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabıyla geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib – 13:5. Ülvü yarımfinalda gürcü Şmaqi Bolkvadzeyə 1:4 hesabıyla məğlub olub. Güləşçimiz bürünc medal görüşünə çıxacaq. Rəqib Leos Drmola (Slovakiya) – Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.

Rafiq Hüseynovun (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabıyla üstələyib. Hüseynov 1/4 finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib – 2:0. Rafiq final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib – 2:0. Beləliklə, titullu güləşçimiz 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadze olacaq.

Murat Lokyayev (97 kq) 1/8 finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb – 1:7. Ancaq rəqib finala yüksəldiyi üçün millimiz üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.

Təsəlliverici və medal qarşılaşmaları aprelin 3-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button