Rafinyanın kumirləri

“Barselona”nın vingeri Rafinya Dias kumirləri ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Neymar və Ronaldinyonun onun üçün böyük ilham mənbəyi olduğunu bildirib:

“Neymar və Ronaldinyo. Bu iki oyunçu mənim üçün böyük ilham mənbəyi oldu. Etiraf edirəm ki, Ronaldinyonun oyunlarına çox baxmamışam, çünki onda hələ çox gənc idim, ancaq video xidmətləri sayəsində sabiq oyunçuları izləyə bilirəm”.

28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb, 27 qol vurub və 20 məhsuldar ötürmə verib. Onun komandası La Liqa matçı çərçivəsində martın 27-də “Osasuna”nı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button