
Rafinya “Real”la oyunda meydana çıxa biləcək
“Barselona”nın vingeri Rafinya Dias zədəsini tam sağaldıb və oktyabrın 26-da “Real”a qarşı keçiriləcək “el klasiko”da iştirak edə biləcək.
Braziliyalı futbolçu sentyabrın 25-də “Ovyedo” ilə oyunda (3:1) bud əzələsindən xəsarət almışdı.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, artıq əsas komanda ilə məşqlərə başlayıb və bərpa prosesi son dərəcə uğurlu keçib.
Baş məşqçi Hans-Diter Flik Rafinyanı Çempionlar Liqasındakı “Olimpiakos”la matçda (6:1) meydana buraxmaq istəməyib. Almaniyalı mütəxəssis ona tam bərpa üçün əlavə vaxt verib.
29 yaşlı futbolçunun “Real”a qarşı matça start heyətində, yoxsa, ehtiyat oyunçu kimi çıxacağı dəqiqləşməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



