Rafinya özünü “Osasuna” ilə oyuna çatdıra biləcək?

“Barselona”nın vingeri Rafinya İspaniya çempionatının 27-ci turunun “Osasuna” ilə qarşıdakı oyununda komandasına kömək edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Cinah oyunçusu hazırda 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina ilə qarşılaşacaq Braziliya millisinin heyətindədir. Bu matçdan dərhal sonra Rafinya şəxsi təyyarə ilə “Barselona”nın düşərgəsinə qayıda bilər.

“Barselona”nın tibbi heyət üzvünün vəfatına görə təxirə salınmış “Osasuna” ilə matçı martın 27-də keçiriləcək.

Hazırda İspaniya çempionatının turnir cədvəlinə 60 xalla Hans-Diter Flikin komandası başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button