
Rafinya İtaliya millisində oynaya bilərmiş
“Barselona”nın və Braziliya millisinin cinah oyunçusu Rafinya 2020-ci il Avropa çempionatında İtaliya millisinin heyətində oynaya bilərmiş.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu özü bu haqda danışıb:
“Mən italiyalıların qazandığı Avropa çempionatına getməli idim. Mən buna hazır idim, amma pasport hələ gəlməmişdi. İtaliya millisindən insanlar məni ora dəvət etdilər. Jorjinyo (İtaliya millisində oynamış braziliyalı futbolçu) bunu hər zaman edirdi. Onların millisinin məşqçilər heyəti mənim üçün maraqlı olan layihəni idarə edirdi və bu, diqqətimi çəkdi. Amma ürəyimdə bir faiz ümid var idi ki, hələ də Braziliya millisinin forması ilə oynayacam. Xoşbəxtlikdən, İtaliya pasportum vaxtında hazır deyildi!”
Rafinya 2021-ci ildən Braziliya millisində çıxış edir.
Bizi Facebook-da izləyin



