Rafinya hakimləri “qorxaq” adlandırıb

“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Rafinya İspaniya çempionatının 22-ci turunda “Alaves”lə oyunda hakimlər briqadasını qorxaq adlandırıb. Kataloniyalılar 1:0 hesablı qələbə qazanıb.

Braziliyalı cinah oyunçusu ikinci hissənin ortasında meydanı tərk edib. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, meydandan çıxan kimi qışqırıb: “Biz onlara nəsə deməliyik, bir-birimizə yox. Onların hamısı qorxaqdır!”

“Barselona” İspaniya çempionatının 22 turundan sonra 45 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Hans-Diter Flikin komandası lider “Real”dan 4 xal geri qalır. “Atletiko” 48 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button