Rafinya: “Flik komandadakı hər kəsin qayğısına qalır”

“Barselona”nın vingeri Rafinya Dias baş məşqçi Hans-Diter Flikin komandanın bütün oyunçuları ilə isti münasibətini yüksək qiymətləndirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı oyunçu, Flikin komandadakı hər kəsin qayğısına qaldığını bildirib:

“Flik komandadakı hər kəsin, o cümlədən çox oynamayanların qayğısına qalır. Vitor Rokenin gedişi mənim üçün əlamətdar idi. Baş məşqçi vəziyyətin təfərrüatlarını öyrənmək üçün rəhbərliklə şəxsən danışacaqdı”.

Almaniyalı mütəxəssis “Barsa”nın “sükanı arxasında” debüt mövsümündə yaxşı iş görüb. O, meydanda nəinki nəzərə çarpan nəticələr əldə edir, həm də, komandada sağlam ab-havanı qoruyur – futbolçuların özləri də tez-tez bu haqda danışırlar.

“Barselona” Vitor Rokeni fevralda “Palmeyras”a satlb. Kataloniya klubu onu satmamışdan əvvəl icarədən – “Betis”dən geri çağırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button