“Çoxu istəyirdi ki, “Barselona”dan gedim”

“Barselona”nın hücumçusu Rafinya Dias Kataloniya klubuna keçidindən sonra üzləşdiyi tənqidlər barədə danışıb.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu “Barca Universal”-a açıqlamasında bunları deyib:

“Çoxu istəyirdi ki, “Barselona”dan gedim – həm də ilk oyunlarımdan sonra. Ola bilsin, onlar mənim fərqli bir oyun sərgiləməyimi gözləyirdilər. Mən onların düşündüyü futbolçu deyildim və komandada gələcəyimə inanmırdılar. Bu, bir neçə nəfərin fikri yox, ümumi rəy idi”.

Rafinya 2022-ci ildə “Barselona”ya “Lids”dən 60 milyon avroya transfer olunub. O, ötən mövsüm komandanın aparıcı oyunçularından biri olub və “qızıl top” səsverməsində ilk beşliyə düşüb.

28 yaşlı vinger cari mövsümdə La Liqada keçirdiyi 6 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button