
Rafinya cəza almayacaq
“Barselona” son turda İspaniya La Liqasında “Real” üzərində xal fərqini 6-ya çatdıra bilərdi. Amma bu baş vermədi. Kataloniyalılar “Betis”lə ev oyununda yalnız heç-heçəyə nail oldu- 1:1.
Oyundan sonra “Barselona”nın cinah oyunçusu Rafinya çox əsəbiləşib. Braziliyalı vinger hakimlərə emosional davranıb və hətta onu sakitləşdirməyə çalışan komanda yoldaşı Mark-Andre ter Ştegeni də itələyib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Rafinya davranışına görə cəza ilə üzləşməyəcək. Məsələ burasındadır ki, hakim Gil Mansano bu hadisə ilə bağlı protokolda heç bir qeyd etməyib. Referi yəqin ki, hər şeyin məqbul həddə olduğunu düşünüb.
Rafinyanın işinə yalnız üçüncü komanda müraciət etdikdə və ya İspaniya Kral Futbol Federasiyasının Nizam-İntizam Komitəsinin təşəbbüsü ilə baxıla bilər.
Bizi Facebook-da izləyin



