
“Rafinya bu il “qızıl top”a iddialılardan biridir”
Braziliya millisinin baş məşqçisi Dorival Junior “Barselona”nın vingeri Rafinya Diasın cari mövsümdəki çıxışını dəyərləndirib.
Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, onun fikrincə, bu il braziliyalı hücumçu “qızıl top” uğrunda mübarizə aparacaq:
“Rafinya bu il “qızıl top”a iddialılardan biridir”.
28 yaşlı hücumçu Braziliya millisində 31 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. O, mövsümün başlanğıcından bəri kataloniyalıların heyətində 40 oyunda 25 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



