“Daha çox titul qazanmaq istəyirəm”

“Barselona”nın braziliyalı vingeri Rafinya La Liqanın 36-cı turunda “Espanyol” üzərində səfər qələbəsini (2:0) şərh edib. Onun komandası bu nəticə ilə mövsümün sonuna iki tur qalmış İspaniya çempionluğunu təmin edib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu çox sevindiyini bildirib:

“Bu, mənim İspaniyada qazandığım ikinci çempionluqdur. Çox sevinirəm və daha çox titul qazanmaq istəyirəm. “Barselona”nın heyətində daxili turnirlərin hamısında qələbə əldə etmişəm. İndi isə məqsədimiz avrokuboklardır. Bu mövsüm buna yaxın idik. Gələn il bunu reallaşdırmağa çalışacağıq”.

“Barselona” hazırda La Liqanın turnir cədvəlində “Real”ı 7 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button