Rafinya “Barselona”nı bir halda tərk edə bilər
“Barselona”nın vingeri Rafinya hazırda yay transfer pəncərəsində komandasını tərk etmək fikrində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir kit, braziliyalı futbolçu müqaviləsinin sonuna qədər komandada qalmağa qərarlıdır. Rafinya yalnız bir halda Kataloniya klubunu tərk edə bilər. Bunun üçün baş məşqçi Xavi şəxsən futbolçuya onun gələcək planlara daxil edilmədiyini bildirməlidir. Ancaq belə bir hadisənin baş verməsi mümkünsüz hesab olunur.
Rafinyanın “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
27 yaşlı futbolçu İspaniya çempionatının bu mövsümündə 5 qol vurub, 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin