Neymarın “Barselona”ya qayıtması üçün…

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar İspaniya çempionatına qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

“Barselona” braziliyalı hücumçunu transfer edə bilər. Amma bu transfer Rafinyanın “Barsa”dan ayrılacağı təqdirdə mümkün olacaq. 27 yaşlı vingerlə “Mançester Yunayted” maraqlanır.

Neymarın “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

32 yaşlı forvard 2013-2017-ci illərdə “Barsa”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button