Rafinya “Barselona”dan ayrılmaq istəyib

Rafinya Dias daha əvvəl “Barselona”dan ayrılmağı düşündüyünü bildirib.

Komanda.az xəbər verir ki, ESPN nəşrinə açıqlama verən braziliyalı yarımmüdafiəçi bunları deyib:

“Keçən mövsüm klubun məni satmağı düşünməsi ilə bağlı çoxlu xəbərlər yayılmışdı. Bu qədər təzyiqin olmayacağı bir komandaya getməklə bağlı fikirlər beynimdə formalaşmağa başladı. Ancaq sonradan bu düşüncələrin məni buna təhrik etməsinə icazə vermədim. İşləməyə və yeni roluma uyğunlaşmağa diqqət yetirirəm”.

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin son oyununda “Barselona” “Bayern”i 4:1 hesabı ilə məğlub edib. Rafinya bu görüşdə üç qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button