Rafinya Ançelottinin qərarından narazı qalıb

“Barselona”nın və Braziliya millisinin hücumçusu Rafinya Dias baş məşqçi Karlo Ançelottinin Boliviya yığması ilə matçdakı qərarından narazı qalıb.

Rafinya turnir baxımından heç bir əhəmiyyət daşımayan matça ehtiyat oyunçular skamyasında başlayıb və yalnız 61-ci dəqiqədə meydana daxil olub.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu bu qərara əsəbiləşib.

Braziliya millisi sentyabrın 10-da DÇ–2026-nın seçmə mərhələsində Boliviya yığması ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Braziliya yığması seçmə mərhələni turnir cədvəlinin 5-ci pilləsində başa vuraraq, dünya çempionatına birbaşa vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button