Rafaelin “Karate Combat”dakı növbəti rəqibi bəlli oldu

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Combat”dakı növbəti rəqibi bəlli olub.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşacaq.

Döyüş iyunun 24-də Florida ştatının Mayami şəhərində baş tutacaq.

Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button