Anası “Yuventus” rəhbərliyi ilə görüşdü

“Yuventus” klubu fransalı yarımmüdafiəçi Adrien Raiyo ilə müqaviləni uzatmaq istəyir.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, məsələ ilə bağlı futbolçunun anası klub rəhbərliyi ilə görüşüb.

Rabionun Fransa millisinin heyətində DÇ-2022-dəki uğurlu çıxışı klub rəhbərliyini müqavilənin müddətini uzatmaq haqda düşünməyə vadar edib. Eyni zamanda, öncədən “Tottenhem”, “Çelsi” və “Mançester Yunayted”in də futbolçu ilə maraqlandığı bildirilirdi.

27 yaşlı fransalı futbolçu bu mövsüm “qoca sinyora”nın heyətində 16 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. O, DÇ-2022-də 6 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rabionun “Yuventus”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button