Fransalı futbolçu tələsməlidir
Adrien Rabyo bu yay “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra azad agent olub. 29 yaşlı yarımmüdafiəçinin karyerasını harada davam etdirəcəyi hələlik bəlli deyil.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı futbolçunu eyni anda üç top-klub izləyir. Bu siyahıya “Liverpul”, “İnter” və “Bayern” daxildir.
Rabyonun adı əvvəllər digər klublarla, xüsusən də “Mançester Yunayted”lə hallanırdı. Yay transfer pəncərəsi tədricən başa çatır, buna görə də, o, klub seçimində tələsməlidir.
Adrien Rabyo “Transfermakt” tərəfindən 35 milyon avro dəyərində qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin